Qəbələ və Şəkidə elektrik təchizatı şəbəkəsinə qoşulma sadələşdiriləcək

Qəbələ və Şəkidə elektrik təchizatı şəbəkəsinə qoşulma sadələşdiriləcək
# 18 dekabr 2019 18:05 (UTC +04:00)

Qəbələ və Şəki rayonlarında yerləşən "ASAN xidmət" mərkəzində elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın paytaxt və regionlarındakı 12 "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı "ASAN Kommunal", 2 saylı "ASAN Kommunal", Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuralardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR