Qeyri-OPEC ölkələri maye karbohidrogenləri üzrə təklifi artıracaq

Qeyri-OPEC ölkələri maye karbohidrogenləri üzrə təklifi artıracaq
# 14 yanvar 2021 18:00 (UTC +04:00)

Ötən il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 62,7 mln. barel səviyəsində olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,5 mln. barel azdır.

Bu barədə "APA-Economics" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci ildə bu göstərici üzrə 0,8 mln. barel artım müşahidə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR