Qeyri-OPEC ölkələri neft tədarükünü azaldacaq - PROQNOZ

Qeyri-OPEC ölkələri neft tədarükünü azaldacaq - PROQNOZ
# 16 aprel 2020 18:22 (UTC +04:00)

Bu il Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələrdən neft tədarükü 2020-ci ildə gündə 1,5 mln. barel azalacaq.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

"2020-ci ildə OPEC üzvü olmayan ölkələrdən gündəlik neft tədarükü 1,5 mln. barel azaldılacaq ki, bu da əvvəlki proqnozdan 3,26 mln. barel azdır. Qlobal iqtisadi azalmaya və tələbatın enməsinə səbəb olan “COVID-19” neft tədarükünün pozulmasına da səbəb olacaq", - hesabatda bildirilir.

Eyni zamanda, OPEC-in proqnozlarına görə, 2020-ci ildə ABŞ-dan neft tədarükü gündə 0,15 mln. barel azalacaq.

2020-ci ildə neft tədarükünün artması yalnız Norveç, Braziliya, Qayana və Avstraliyada müşahidə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR