Qısa qapanma səbəbindən "Baktelecom" abunəçilərinin internet təminatında fasilə yaranıb

Qısa qapanma səbəbindən  "Baktelecom" abunəçilərinin internet təminatında fasilə yaranıb
# 18 iyun 2020 22:38 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR