Qlobal LNG ticarəti 21% artacaq

Qlobal LNG ticarəti 21% artacaq
# 10 iyun 2020 14:01 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ilə dünyada mayeləşdirilmiş qaz (LNG) ticarətinin 585 mlrd. kubmetrə çatacağını proqnozlaşdırır ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 21% çoxdur.

"APA-Economics"in IEA-ə istinadən verdiyi məlumata görə, artım əsasən inkişafda olan Asiya bazarları (ilk növbədə, Çin və Hindistan) hesabına təmin ediləcək. Bununla yanaşı, qeyd olunan dövr tədarükün artımının demək olar ki, bütün hissəsi ABŞ-ın payına düşəcək.

"LNG ticarətinin mayeləşdirmə güclərinin artımından daha yavaş templərlə inkişaf edəcəyi gözlənilir ki, bu da proqnoz dövrü ərzində tələbin təklifi üstələməsi riskini məhdudlaşdırır", - IEA-ın hesabatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR