Qlobal neftsaxlama şirkətinin anbarları dolub

Qlobal neftsaxlama şirkətinin anbarları dolub
# 21 aprel 2020 13:20 (UTC +04:00)

Dünyanın ən böyük müstəqil neftsaxlama şirkəti olan "Royal Vopak" xam və emal olunmuş neft üçün saxlama anbarlarının, demək olar ki, tam dolduğunu bildirib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbi kimi, yeni növ koronavirus pandemiyası ilə əlaqədar neft qiymətlərinin enməsi və dəyər-dəyməzinə satılan WTI markalı neftin treyderlər tərəfindən alınıb saxlanması üçün yeni anbarlara tələbin artması göstərilir.

Hazırda şirkət öz terminallarında yer boşaltmaq üçün texniki xidməti mümkün qədər tez tamamlamaq üçün səy göstərir.

Qeyd edək ki, bu hadisələr fonunda şirkətin kontanqodan (gələcəkdə fyuçers mübadiləsi qiymətinin indiki qiymətdən daha yüksək olduğu bir vəziyyət – red.) yaxşı gəlir götürəcəyi gözlənilir. Bundan əlavə, dünyada get-gedə azalan neftin saxlanılması yerləri bu prosesi sürətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR