Rusiya neft hasilatını artırmayacaq

Rusiya neft hasilatını artırmayacaq
# 02 aprel 2020 14:52 (UTC +04:00)

Rusiya neft hasilatını artırmağı planlaşdırmır, bazarda olan şərait buna uyğun deyil.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"Rusiyanın hasilatı artırmaq planları yoxdur, çünki bazarda təklif çoxluğu var", - deyə A. Novak qeyd edib.

O əlavə edib ki, Rusiya hələ Səudiyyə Ərəbistanı ilə bazar vəziyyətini müzakirə etməyib, lakin gələcəkdə bunun mümkün olacağını istisna deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR