Rusiya sentyabrda neft və kondensat hasilatını artırıb

Rusiya sentyabrda neft və kondensat hasilatını artırıb
# 02 oktyabr 2020 10:49 (UTC +04:00)

Bu ilin sentyabr ayında Rusiyada gündəlik neft və kondensat hasilatı aylıq ifadədə 0,6% artaraq 9,932 mln. barel təşkil edib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yanacaq və Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin (Enerji Nazirliyinin nəzdində) məlumatında deyilir.

Eyni zamanda, illik ifadədə bu göstərici 11,8% azalıb.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR