Rusiyadan Türkiyəyə qaz tədarükü yanvar-sentyabrda 25% azalıb

Rusiyadan Türkiyəyə qaz tədarükü yanvar-sentyabrda 25% azalıb
# 14 noyabr 2020 10:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Qazprom" şirkətinin Türkiyəyə qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalaraq 8,854 mlrd. kubmetr təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Ümumilikdə, yanvar-sentyabr aylarında "Qazprom" Qərbi Avropa istiqamətində 94,334 mlrd. kubmetr qaz tədarük edib ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR