"SOCAR AQŞ" və "Halliburton" birgə müəssisə yaradır

"SOCAR AQŞ" və "Halliburton" birgə müəssisə yaradır
# 10 fevral 2020 11:55 (UTC +04:00)

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.

“SOCAR AQŞ”dən “APA-Economics”ə verilən məlumata görə, birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcək.

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR