"SOCAR AQŞ"-yə yeni baş direktor təyin edilib

"SOCAR AQŞ"-yə yeni baş direktor təyin edilib
# 27 oktyabr 2020 16:08 (UTC +04:00)

“SOCAR AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramın İsayev müəssisənin baş direktoru vəzifəsindən azad edilib. Təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni baş direktoru təyin edilib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, S. Mollayev yeni təyinatından öncə “SOCAR AQŞ”nin səhmdarlarından biri olan “Nobel Oil Services” şirkətlər qrupunda qazma biznesi üzrə baş əməliyyat direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən “Nobel Oil Services” şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.

Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə “Schlumberger” şirkətində quyuların yoxlanılması mühəndisi vəzifəsində başlayan S. Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada baş sahə mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. MMC həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və AQŞ şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR