SOCAR Azərbaycanda kimya istehsalının modernizəsini başa çatdırır

SOCAR Azərbaycanda kimya istehsalının modernizəsini başa çatdırır
# 22 dekabr 2020 16:55 (UTC +04:00)

SOCAR-ın "Azerikimya" İstehsalat Birliyinin modernləşdirilməsi layihəsi başa çatmaq üzrədir.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Yəqin, gələn ilin ilk həftələrində layihənin əsas hissəsini ümumiləşdirə bilərik. "Azerikimya" İB-də işin son hissəsi – yeni buxar generatorunun tikintisi təxminən gələn ilin ortalarınadək davam edəcək", - İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni "SOCAR Polymer" kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın "Azərikimya" İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən – Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir.

Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2 min nəfər olub ki, bunların 95%-ə qədəri yerli mütəxəssislərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR