SOCAR Gürcüstanda UEFA AVRO-2020 kampaniyasının birinci mərhələsini başa çatdırıb

SOCAR Gürcüstanda UEFA AVRO-2020 kampaniyasının birinci mərhələsini başa çatdırıb
# 10 yanvar 2020 14:14 (UTC +04:00)

"SOCAR Georgia Petroleum" (SGP – SOCAR brendli yanacaqdoldurma (YDM) şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (UEFA AVRO-2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda 11-ci yanacaqdoldurma məntəqələrini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə – London şəhərinə uyğun tərtib edib.

SGP-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən YDM Tiflis şəhərində yerləşir. Məntəqə Böyük Britaniya paytaxtına xas olan elementlərlə bəzədilib.

Məlumata görə, bununla SOCAR-ın UEFA Avro 2020 ilə bağlı kampaniyanın birinci mərhələsi başa çatıb.

Qeyd edək ki, Avro 2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma, Amsterdam, Qlazqo, Budapeşt, Kopenhagen (fəaliyyətdədir), Bilbao, Buxarest (fəaliyyətdədir), Münhen, Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri (Sankt-Peterburq istisna) atmosferində tərtib etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR