"SOCAR Polymer" ixrac gəlirlərini 50%-dən çox artırıb

"SOCAR Polymer" ixrac gəlirlərini 50%-dən çox artırıb
# 29 aprel 2021 10:56 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında "SOCAR Polymer" şirkəti 48,2 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 53,5% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin ilk üç ayında şirkət 31,4 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min ton və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR