"SOCAR Polymer" ixracı 46%-dən çox artırıb

#
# 13:07
31 avqust 2020

"SOCAR Polymer" şirkəti bu ilin yanvar-iyul ayları ərzində 74,9 mln ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 46,2% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 51,2 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR