SOCAR Rusiya qazının tranzitini tamamlayıb

SOCAR Rusiya qazının tranzitini tamamlayıb
# 21 aprel 2021 13:27 (UTC +04:00)

SOCAR və Rusiyanın "Qazprom Export" şirkətləri arasında imzalanmış qısamüddətli müqavilə (1 ay müddətinə) çərçivəsində qazın nəqli prosesi artıq tamamlanıb.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, qazın tranziti prosesi aprel ayının 14-də başa çatıb.

Qeyd edək ki, tərəflər müqavilə çərçivəsində 150 mln. kubmetr civarında qazın nəqli barəsində razılığa gəlmişdilər. Lakin İ. Əhmədov kommersiya sirri səbəbindən son rəqəmi açıqlamayıb.

Xatırladaq ki, SOCAR və "Qazprom Export" arasında qısamüddətli müqavilə bu ilin martın 16-da imzalanıb imzalayıb. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verib. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR