SOCAR "Ümid" yatağından hasil edilən qazın həcmini açıqlayıb

SOCAR "Ümid" yatağından hasil edilən qazın həcmini açıqlayıb
# 05 may 2020 15:37 (UTC +04:00)

İstismarına 2012-ci ildə başlanılmış "Ümid" qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 mlrd. kubmetr qaz hasil edilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, yataqdan indiyədək 540 min ton kondensat çıxarılıb.

Məlumata əsasən, hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR