SOCAR bu il Belarusa 3,8 mln. barel neft göndərib

SOCAR bu il Belarusa 3,8 mln. barel neft göndərib
# 30 aprel 2020 15:03 (UTC +04:00)

SOCAR bu ilin əvvəlindən Belarusa 3,83 mln. baren həcmində neft göndərib.

"APA-Economics"in "Vestnik Belneftexima"ya istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən SOCAR Belarusa 2,05 mln. barel Azərbaycan nefti göndərib. Bununla yanaşı, ötən dövr şirkət sözügedən ölkəyə 1,78 mln. ton həcmində üçüncü istehsalçıların neftini göndərib.

Qeyd edək ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR