SOCAR bu ilin II rübündə 5 mln. ton neft ixrac edib

SOCAR bu ilin II rübündə 5 mln. ton neft ixrac edib
# 15 iyul 2020 15:34 (UTC +04:00)

Bu ilin II rübündə SOCAR xarici bazarlara 5,04 mln. ton neft ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədən qaz ixracı ümumilikdə 3 mlrd. kubmetr həcminə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur.

Məlumata əsasən, bilavasitə SOCAR tərəfindən isə 138 mln. kubmetr təbii qaz ixrac olunub.

"Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 671 min ton təşkil edib", - şirkətdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR