SOCAR-ın Türkiyədəki NEZ-i gələn il neft emalını artıracaq

SOCAR-ın Türkiyədəki NEZ-i gələn il neft emalını artıracaq
# 25 dekabr 2020 16:20 (UTC +04:00)

SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 2021-ci ildə 11 mln. tona yaxın neft (layihə gücünün 106%-i) emal edəcək.

"APA-Economics"in məlumatına görə, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov onlayn rejimində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə bu göstərici 10,3-10,5 mln. ton (76 mln. barelə yaxın) səviyyəsində olacaq.

A. Məmmədov onu da qeyd edib ki, bu il zavodda 20 növdən çox neft emal edilib.

Xatırladaq ki, SOCAR-ın "Star" neft emalı zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ ilə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR