SOCAR neft və qaz hasilatını artırıb

#
# 18:48
14 aprel 2020

SOCAR bu ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 mln ton neft hasil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artım deməkdir.

SOCAR- dan "APA-Economics"ə verilən məlumata görə, şirkət bu ilin yanvar-mart aylarında 1,8 mlrd.  kubmetr qaz hasil edib,  bu da 15,4% artım deməkdir.  

Məlumata əsasən, ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 mlrd. kubmetr, neft hasilatı 9,3 mln. ton təşkil edib.  

"SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib",  -  deyə məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR