SOCAR: Ötən il Azərbaycan neftinin orta qiyməti 67 dollara yaxın olub

SOCAR: Ötən il Azərbaycan neftinin orta qiyməti 67 dollara yaxın olub
# 08 yanvar 2020 11:59 (UTC +04:00)

Ötən il "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 66,79 ABŞ dolları təşkil edib.

Bunu "APA-Economics"in sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"İnişil neftin ümumi qiyməti daha yüksək olub", - deyə İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,3 dollar təşkil edib.

Beləliklə, 2018-ci illə müqayisədə ötən il "Azeri Light" markalı neftin orta qiyməti 6,51 dollar və ya 9%-ə yaxın aşağı olub.

İ. Əhmədov onu da bildirib ki, 2019-cu il ərzində "Azeri Light" qiymətinin pik həddi aprel ayında 77,23 dollar səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvar ayında 56,34 dollar olub.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) məlumatına görə, 2019-cu ildə beynəlxalq etalon Brent markalı neftin bir barelinin qiyməti orta hesabla 64 dollar təşkil edib, bu da 2018-ci ilin orta göstəricisindən 7 dollar azdır. ABŞ-ın etalon sayılan WTI markalı neftinin bir barelinin qiyməti isə orta hesabla 57 dollar olub ki, bu da 7 dollar azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR