"Şahdəniz"də qaz hasilatı ötən il 46% artıb

"Şahdəniz"də qaz hasilatı ötən il 46% artıb
# 06 fevral 2020 14:21 (UTC +04:00)

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 mln. ton (28,6 mln. barel) kondensat hasil edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 46% və 40% çoxdur.

APA-Economics”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, ötən il hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.

Hesabata əsasən, 2019-cu ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 544 mln. dollara yaxın əməliyyat xərcləri (5,9% azalma) və 1,1 mlrd. dollar əsaslı xərclər (23,6% azalma) çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR