"Saudi Aramco" Asiyadakı alıcılar üçün neft qiymətlərini endirib

"Saudi Aramco" Asiyadakı alıcılar üçün neft qiymətlərini endirib
# 05 may 2021 15:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti Asiyadakı alıcılar üçün 2021-ci ilin iyun ayında çatdırılacaq bütün neft növləri üçün qiymətləri azaldıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qiymətlər növdən asılı olaraq bir barel üçün 0,1-0,3 dollar endirilib.

Qeyd olunur ki, Asiyadakı alıcılar üçün yüngül neftin iyun qiyməti 0,1 dollar azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR