Serbiya Bolqarıstan vasitəsilə Cənub Qaz Dəhlizindən qaz almaq niyyətindədir

Serbiya Bolqarıstan vasitəsilə Cənub Qaz Dəhlizindən qaz almaq niyyətindədir
# 03 dekabr 2019 11:30 (UTC +04:00)

Serbiya Bolqarıstan vasitəsi ilə Cənub Qaz Dəhlizindən təbii qazın alınmasında maraqlıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü çərçivəsində deyib.

Serbiya ilə Bolqarıstan arasında qaz xəttinin tikintisi 2022-ci ilə qədər başa çatdıracağı və Serbiyanın sözügedən kəmər vasitəsilə Cənub Qaz Dəhlizindən qazın 2023-2025-ci illər arasında alacağı gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazı Cənubi Qafqaz qaz kəməri, yeni tikilən Trans-Anadolu kəməri və tikilməkdə olan Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə Avropaya nəqlini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR