"Şimal axını-2"nin operatoru layihəni gələn ilin əvvəlində bitirməyə planlaşdırır

"Şimal axını-2"nin operatoru layihəni gələn ilin əvvəlində bitirməyə planlaşdırır
# 29 aprel 2020 13:14 (UTC +04:00)

Rusiya qazının Avropaya nəql edilməsini nəzərdə tutan “Şimal axını-2” qaz boru kəmərinin operatoru (“Nord Stream 2 AG”) layihəni 2020-ci ilin axırı – 2021-ci ilin əvvəlində bitirməyə planlaşdırır.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın OMV neft-qaz şirkətinin (layihənin Avropa tərəfdaşlarından biri) rəhbəri Rayan Zele bildirib.

"Layihənin nə vaxt başa çatacağı barədə məlumatım yoxdur. Ancaq “Nord Stream 2 AG”-dən bildiyimə görə, onlar hələ də layihəni 2020-ci ilin sonlarında - 2021-ci ilin birinci rübündə bitirmək planına əsaslanırlar”, - deyə E. Zele qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp “Şimal axını-2” və “Türk axını” boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. “Şimal axını-2”nin tikintisi aparan İsveçrənin “Allseas” şirkəti tələbi yerinə yetirib. “Allseas” şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR