Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün müqavilə imzalayacaq

#
# 12:08
29 aprel 2021

Şimali Makedoniya və Yunanıstan mayın əvvəlində qaz şəbəkəsini birləşdirən boru kəməri layihəsini təşviq edəcək müqavilə imzalayacaqlar.

"APA-Economics"in "Pipeline Technology Journal"a istinadən verdiyi məlumata görə, sənəd Şimali Makedoniyanın Baş naziri Zoran Zaevin Afinaya səfəri zamanı imzalanacaq.

Məlumata görə, yeni 50 km-lik birləşdirici qaz kəməri Yunanıstanın təbii qaz kəmərləri operatoru DESFA tərəfindən inşa edilməlidir. Qaz kəməri Yunanıstan ərazisində Solonika və Evzoni (Şimali Makedoniya ilə sərhəddə) məntəqələri arasında tikiləcək. Birləşdirici kəmərin Makedoniya hissəsinin artıq hazırdır.

Qeyd olunur ki, bu birləşdirici boru kəməri Şimali Makedoniyaya Trans-Adriatik boru kəməri (TAP) ilə nəql edilən qaza çıxış üçün şərait yaradacaq.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR