"Star" NEZ saxlama gücünü 50% artırır

"Star" NEZ saxlama gücünü 50% artırır
# 29 aprel 2020 17:43 (UTC +04:00)

Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) saxlama gücü 50% artırılaraq 4,5 mln. barelə çatdırılacaq.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu zavodun baş direktoru Mesut İlter deyib.

Onun sözlərinə görə, hazırda NEZ-in saxlama gücü 3 mln. bareldir, lakin bu göstəricinin 1,5 mln. barel artırılması istiqamətində işləri aparılır.

M. İlter onu da qeyd edib ki, 2020-ci ilin aprel ayına olan vəziyyətə görə, NEZ-in mövcud saxlama gücünün 90%-i istifadəyə cəlb edilib.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR