Səudiyyə Ərəbistanı "Saudi Aramco"dakı payının 1%-ni sata bilər

Səudiyyə Ərəbistanı "Saudi Aramco"dakı payının 1%-ni sata bilər
# 28 aprel 2021 12:47 (UTC +04:00)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud koronavirus pandemiyasından sonra gözlənilən iqtisadi bərpa fonunda dövlət neft nəhəngi olan "Saudi Aramco" şirkətində 1% iştirak payının satılması barədə danışıqların aparıldığını açıqlayıb.

Bu barədə "APA-Economics" "Bloomberg"ə istinadən xəbər verir.

"Müqavilənin tamamlanması ilə bağlı heç bir söz vermək istəmirəm, amma dünyanın aparıcı enerji şirkətlərindən birinin 1%-i (Saudi Aramco” da – red.) əldə etmək barəsində danışıqlar aparılır", - Məhəmməd bin Salman Əl Səud qeyd edib.

Onun sözlərinə görə, potensial razılaşma 19 mlrd. ABŞ dolları dəyərindədir və Səudiyyə Ərəbistanının iqtisadiyyatını yeniləşdirmək və şaxələndirmək planını maliyyələşdirməyə kömək edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR