Sumqayıtda sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlığına başlanılır

Sumqayıtda sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlığına başlanılır
# 15 iyul 2020 11:18 (UTC +04:00)

Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılmış müasir tipli peşə təhsil müəssisəsinə 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı peşə təhsil müəssisəsində kimya, inşaat və mexatronika istiqamətləri üzrə – torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Tədris prosesində istifadə edilən təhsil proqramları (kurrikulumlar) müvafiq sənaye sahələri üzrə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Birillik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Qəbul vaxtı və proseduru barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR