Suqovuşanda su elektrik stansiyalarının bərpası davam edir

Suqovuşanda su elektrik stansiyalarının bərpası davam edir
# 19 aprel 2021 16:33 (UTC +04:00)

Suqovuşan yaşayış məntəqəsi ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt gücündə “Suqovuşan-2” su elektrik stansiyalarının bərpa işləri davam edir.

APA xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyaları ilə bağlı aparılan inventarlaşdırma işləri davam etdirilir. Bildirilib ki, Cəbrayılda 330 kV-luq yarımstansiyanın layihələndirilməsinə başlanılıb. Hadrut, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında paylayıcı şəbəkədə aparılan işlər barədə də məlumat verilib. Şuşada İsa bulağı ərazisində elektrik enerjisi verilişi təmin olunduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR