Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb
# 19 aprel 2021 16:32 (UTC +04:00)

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir”.

APA-nın xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında bildirilib.

Qeyd edilib ki, Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR