TAP layihəsi çərçivəsində Albaniyada kompressor stansiyasının tikintisi başa çatıb

TAP layihəsi çərçivəsində Albaniyada kompressor stansiyasının tikintisi başa çatıb
# 05 fevral 2020 09:35 (UTC +04:00)

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi layihəsi çərçivəsində Albaniya (Fiyerdə yerləşən) ərazisində kompressor stansiyasının tikintisi başa çatıb.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, stansiyanın tikintisi 3 il davam edib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ın inşasına başlanılandan bəri işlərin 91%-i artıq yekunlaşıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ilin üçüncü rübündə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR