TAP layihəsi çərçivəsində İtaliyada qəbuledici terminalın tikintisi 65% başa çatıb

TAP layihəsi çərçivəsində İtaliyada qəbuledici terminalın tikintisi 65% başa çatıb
# 19 dekabr 2019 10:55 (UTC +04:00)

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) yaradılması layihəsi çərçivəsində İtaliya ərazisində qaz qəbuledici terminalın tikintisi işlərinin 65%-dən çoxu başa çatdırılıb.

"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, TAP layihəsinin icrası zamanı, demək olar ki, bütün borular torpağa basdırılıb.

Məlumata əsasən, sözügedən qaz kəmərinin inşasına başlanılandan bəri 90,7% işlər yekunlaşıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ilin 4-cü rübündə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR