Türkiyə Azərbaycan qazının idxalını 15%-dən çox artırıb

Türkiyə Azərbaycan qazının idxalını 15%-dən çox artırıb
# 30 aprel 2021 12:23 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Türkiyə Azərbaycandan 2 085,39 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,5% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-fevral ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 1 804,96 mln. kubmetr qaz idxal edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR