Türkiyə Qara dənizdə yeni axtarış quyusunun qazılması üçün daha bir gəmi göndərib

Türkiyə Qara dənizdə yeni axtarış quyusunun qazılması üçün daha bir gəmi göndərib
# 13 noyabr 2020 16:26 (UTC +04:00)

Türkiyə Qara dənizdə yerləşən yeni qaz yatağına daha bir qazma gəmisini ("Kanuni") göndərib.

Bu barədə "APA-Economics" Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, hazırda “Fatih” gəmisinin "Sakarya" qaz yatağında axtarış quyusunun qazmasını davam etdirir.

“"Tuna-1" quyusundan sonra "Türkali-1" quyusunun qazılması üzrə işlər davam etdirilir. Dərinlik artıq 2 600 metrə çatdırılıb”, - deyə F. Dönməz qeyd edib.

Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR