Türkiyə Rusiya qazının idxalını 52% artırıb

Türkiyə Rusiya qazının idxalını 52% artırıb
# 30 aprel 2021 12:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə 5 051,09 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 52% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-fevral ayında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-fevral aylarında Rusiyadan 3 322,14 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR