Türkiyədə avtomobil satışları sentyabrda kəskin artıb

Türkiyədə avtomobil satışları sentyabrda kəskin artıb
# 05 oktyabr 2020 16:00 (UTC +04:00)

Bu ilin sentyabr ayında Türkiyədə minik və yüngül kommersiya avtomobillərinin (LCV) satışları illik müqayisədə 115,8% artaraq 90 619 ədədə çatıb.

"APA-Economics"in Türkiyənin Avtomobil Distributorları Dərnəyinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ay təkcə minik avtomobillərinin satışları 101,9% artaraq 71 296 ədədə bərabər olub.

Yanvar-sentyabr aylarında ölkədə 493 621 ədəd LCV və minik avtomobilləri realizə edilib ki, bu da illik müqayisədə 75,5% çoxdur. Hesabat dövründə təkcə minik avtomobillərinin satışı 70% artaraq 388 690-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR