UNEC Azərbaycan neftinin orta qiymətinin bu il 48 dollar olacağını proqnozlaşdırır

UNEC Azərbaycan neftinin orta qiymətinin bu il 48 dollar olacağını proqnozlaşdırır
# 07 oktyabr 2020 14:17 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "Azeri Light" markalı neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

Universitetdən "APA-Economics"ə verilən məlumata görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə "Azeri Light" neftinin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVID-19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

2020-ci ildə dünya bazarında "Azeri Light" neftinin 1 barelinin illik orta qiyməti 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" neftinin orta qiyməti 43,2 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR