Ukrayna və "Qazprom" arasında antiinhisar mübahisəsinə dair saziş imzalanıb

#
# 17:17
30 dekabr 2019

Rusiyanın "Qazprom" şirkəti rəsmi Kiyevlə barışıq razılaşması imzalayıb və bu müqaviləyə əsasən, Ukrayna tərəfi Rusiya şirkətinə qarşı 7,4 mlrd. ABŞ dolları dəyərində qaldırdığı antiinhisar iddialarını geri çəkməlidir.

Bu barədə "APA-Economics" "RİA Novosti"yə istinadən xəbər verir.

Rusiya və Ukraynanın dekabrın 20-də imzaladığı qaz əməkdaşlığına dair protokolda Kiyevin antiinhisar mübahisəsi ilə bağlı tənzimləmə razılaşması çərçivəsində bütün iddialardan imtina etməsi, "Qazprom" isə öz növbəsində Cenevrədəki məhkəmədən Ukraynanın sərmayələri qorumaqla bağlı öhdəliklərini pozması barədə iddianı geri götürəcək.

"Qazprom"un sədrinin müavini Yelena Burmistrovanın sözlərinə görə, sazişin imzalanması "Naftoqaz" və "Qazprom" arasında uzunmüddətli qaz nəqli müqavilələrinin bağlanmasına yol açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR