"Urals" neftinin orta qiyməti 4,7% artıb

#
# 17:47
15 may 2020

Bu ilin 15 aprel – 14 may monitorinq dövrünün nəticələrinə görə, Rusiyanın "Urals" markalı neftinin bir barelinin ortalama qiyməti 4,7% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə "Urals" markalı neftin bir barelinin ortalama qiyməti 19,9 ABŞ dolları (bir ton üçün 145,3 dollar) təşkil edib.

Qeyd olunur ki, əvvəlki monitorinqin nəticələrinə görə (martın 15 mart – 14 aprel) bu göstərici 19 dollar idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR