Xarici KİV: "BTC Xəzər dənizinin karbohidrogenlərinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır"

Xarici KİV: "BTC Xəzər dənizinin karbohidrogenlərinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır"
# 04 fevral 2020 12:25 (UTC +04:00)

Regionda enerji mənbələrinin ixracının əsas “arteriya”sı sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatında və dünya bazarına çıxarılmasında mühüm rol oynayır.

Bu barədə “APA-Economics” Yunanıstanın “Hellenic shipping news worldwide” mənbəyinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin yanvar ayında Azərbaycan BTC ilə Türkiyənin Ceyhan neft terminalına 23 213,895 min barel neft nəql edib. 2020-ci ilin əvvəlindən terminaldan 31 tankerə yüklənilərək dünya bazarlarına göndərilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Kəmərin uzunluğu 1768 kilometrdir. Boru kəmərinin diametri 46/42/34 düymdür. Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR