ABA: Aşağı gəlirli əhali qrupu üçün 600 min pulsuz bank hesabı açılıb

ABA: Aşağı gəlirli əhali qrupu üçün 600 min pulsuz bank hesabı açılıb
# 29 noyabr 2021 11:19 (UTC +04:00)

Azərbaycanda rəqəmsal bank xidmətlərindən aşağı gəlirli əhali qrupunun faydalanması məqsədilə 600 min vətəndaş üçün pulsuz bank hesabı açılıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik günü" adlı konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, pulsuz debet ödəniş kartının təqdim edilməsi kimi güzəştləri ehtiva edən "Baza bank xidmətləri" paketi layihəsi Mərkəzi Bank və ABA tərəfindən birgə hazırlanıb və banklar tərəfindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR