ABŞ-ın kommersiya neft ehtiyatları artıb

ABŞ-ın kommersiya neft ehtiyatları artıb
# 07 oktyabr 2021 09:43 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2 346 min barel artaraq 420 887 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 418 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları yeddi həftəlik azalmadan sonra ikinci həftədir artır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR