ABŞ-ın kommersiya neft ehtiyatları artıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları artıb - PROQNOZ
# 20 oktyabr 2021 10:20 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 3 294 min barel artaraq təqribən 430 269 min barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 233 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR