ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb
# 21 oktyabr 2021 09:48 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 0,431 min barel azalaraq 426 544 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 857 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları yeddi həftəlik azalmadan sonra üçüncü həftədir artır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR