ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb - PROQNOZ
# 29 sentyabr 2021 09:53 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 4 127 min barel artaraq təqribən 418 090 min barel təşkil edib.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 333 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR