ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb  - PROQNOZ
# 27 oktyabr 2021 09:48 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2 318 min barel artaraq təqribən 428 862 min barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 650 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR