ABŞ-ın ehtiyatlarının azalması 8-ci həftədir ki davam edir

ABŞ-ın ehtiyatlarının azalması 8-ci həftədir ki davam edir
# 15 iyul 2021 09:40 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 897 min barel azalaraq 437 579 min barel təşkil edib. Ölkənin neft ehtiyatlarının azalması 8-ci həftədir ki davam edir. Göstərici 2020-ci ilin yanvar ayının minimumunu yeniləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 4 359 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR