ABŞ maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu endirib

ABŞ maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu endirib
# 08 dekabr 2021 10:36 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 96,91 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,62 mln. barel azdır. Beləliklə, 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə qlobal tələbat üzrə artım 5,1 mln. barel təşkil edəcək.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərə olan gündəlik tələbat 100,46 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,42 mln. barel azdır. Hesablamalara əsasən, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 2022-ci ildə qlobal tələbat 3,55 mln. barel artacaq.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehlak 92,42 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR